“Futbolçularımla fəxr edirəm” - “Baltsan”ın baş məşqçisi

“Futbolçularımla fəxr edirəm” - “Baltsan”ın baş məşqçisi
“Çətin oyun keçdi. Futbolçularımla fəxr edirəm. 90 dəqiqə əllərindən gələni etdilər”. Bu sözləri “Baltsan”ın baş məşqçisi Oliver Spiteri deyib.
 
Malta klubu Avropa Liqasının I təsnifat mərhələsi çərçivəsində bu gün cavab görüşünə çıxıb və “Neftçi”yə qalib gəlsə də, iki oyunun nəticəsinə görə mübarizəni dayandırıb.
 
Matçdan sonra keçirilən mətbuat konfransında Spiteri fikirlərini bildirib: “Neftçi” daha hazırlıqlı komandadı. Buna baxmayaraq, yaxşı şanslarımız oldu, ancaq yararlana bilmədik”.
 
- Qələbəyə görə sevindiniz, yoxsa mərhələ keçməməyə üzüldünüz?
- Mərhələni keçə bilmədiyimiz üçün sevinə bilmədik.
 
- “Neftçi” ilk matça baxanda daha zəif idi, yoxsa bu gün siz güclü idiniz?
- İlk görüşdə “Neftçi” rahat idi, çünki səfərdə idi. Burda isə təzyiq altında idi. Bu gün rəqib ilk hissədə rahat idi. Amma biz ikinci hissəni daha uğurlu keçirdik.
 
- Komanda bu gün çox aqressiv idi. Bunun səbəbi nə idi?
- Təbiətimizdən irəli gəlir, Aralıq dənizinə yaxın yaşayırıq. Ədalətli oyun keçdi. Futbolçular matçdan sonra azarkeşləri alqışladılar.
 
- Azərbaycan futbolu barədə təəssüratlarınızda hansısa dəyişiklik olmadı?
- Texnikalı oyunçularınız çoxdu. Gənc futbolçularınız var. Azərbaycan futbolunun gələcəyi parlaqdı. Psixoloji cəhətdən bu gün biz daha hazırlıqlı idik. Gözəl oyunun şahidi olduq. 3-cü qolu vurmağa şansımız oldu, amma yararlana bilmədik. (Apasport.az)
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər