Futbolçularımızı uddular, Super Liqaya çıxdılar

Futbolçularımızı uddular, Super Liqaya çıxdılar
Gələn mövsüm Türkiyə Super Liqasında çıxış edəcək ilk klub müəyyənləşib. Fanat.az xəbər verir ki, bu hüququ "Adanaspor" qazanıb.
Adana təmsilçisi bu gün PTT 1-ci liqanın çempionu olub. XXXI turda "Qaziantep BB"nin qonağı olan "Adanaspor" 3:2 hesablı qələbə qazanıb. Sona 3 tur qalmış ikinci pillədəki "Karabükspor"u 10 xal qabaqlayan komanda həm çempionluğu, həm də Super Liqaya vəsiqəni təmin edib.
"Qaziantep BB"nin heyətində milli komandalarımızın iki sabiq üzvü meydana çıxıb. Belə ki, Azərbaycan u-21-nin sabiq üzvü Umut Sönmez 23-cü, A millimizin keçmiş oyunçusu Ufuk Budak 42-ci dəqiqədə meydana çıxıb.
Qeyd edək ki, "Adanaspor" klubu 1954-cü ildə yaradılıb. Komanda indiyədək Super Liqada 21 mövsüm keçirib (1971-1984, 1988-1991, 1998-2001, 2002-2004-cü illər). 2004-cü ildə aşağı liqaya düşən Adana klubu həmin vaxtdan güclülər dəstəsinə çıxa bilməmişdi. Ötən il milli komandamızın sabiq üzvü Cəmşid Məhərrəmov bu komandada çıxış edib.
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər