"Futbolçularımıza əvvəldən məlumat vermişdik ki..." - Vüqar Əsgərli

"Futbolçularımıza əvvəldən məlumat vermişdik ki..." - Vüqar Əsgərli

“Şamaxı”nın baş məşqçisi Vüqar Əsgərli Premyer Liqanın 24-cü turu çərçivəsində “Sabah”a qarşı keçirdikləri oyunu şərh edib.

Fanat.Az xəbər verir ki, o, 2:1 hesabıyla bitən matçdan sonrakı mətbuat konfransında bunları söyləyib: 

"Sabah"a qarşı buna qədərki hər iki oyunumuz maraqlı alınmışdı. Hər iki komanda üçün üç xal vacib idi. Ona görə ki, "Sabah" çempionluq mübarizəsindən qopmamaq, biz isə gənc futbolçularımızı Premyer Liqada saxlamaq üçün oynayırdıq. Futbolçularımıza əvvəldən məlumat vermişdik ki, çətin olacaq. Çünki "Sabah"ın heyətində səviyyəli yerli və legioner oyunçular var. Onlara qarşı oynamaq həmişə çətin olub. Futbolçularımız hər şeyi yaxşı dərk edirdi, oyuna da yaxşı hazırlaşmışdıq. Onları təbrik edirəm. Layiqli oyun oynayıb, layiqli qələbə qazandıq. "Sabah"a gələcək oyunda uğurlar arzulayıram. 

Amil Yunanovu sonradan meydana sırf taktiki plan idi. Penaltini Elvin Məmmədovun yox, onun vurmasına gəlincə, bizim ştatlı "11 metrə" vuran Amildir". 

Mirağa

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər