Futbolçularımız oynadı, komandaları uduzdu

Futbolçularımız oynadı, komandaları uduzdu

Litva çempionatında 28-ci turun oyunları keçirilib.

 

 

Fanat.Az xəbər verir ki, həmyerlilərimizin - Kamran Quliyevlə Tural Rzayevin komandası "Yonava” da növbəti oyununa çıxıb.

 

 

Sözügedən kollektiv "Trakai”ni qəbul edib. Futbolçularımızın komandası bu oyundan məğlubiyyətlə ayrılıb - 1:3.

Kamranla Tural da bu görüşün iştirakçısı olub. Rzayev start heyətdə meydana çıxıb və sonadək oynayıb. O, qarşılaşmanın 9-cu dəqiqəsində sari vərəqə ilə də cəzalanıb. Gənclərdən ibarət milli komandamızın üzvü Kamran isə 76-cı dəqiqədə meydana buraxılıb.

 

 

Qeyd edək ki, "Yonava” 14 xalla turnir cədvəlində sonuncu - 8-cidi.

 

Fanat.Az

 

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər