Futbolçularımız ən intensiv liqalardan birində oynayır

Futbolçularımız ən intensiv liqalardan birində oynayır

"CIES Football Observatory" statistik portalı, keçən mövsümün oyun intensivliyinə görə futbol çempionatlarının dünya reytinqini tərtib edib.

Fanat.Az xəbər verir ki, millimizin iki üzvünün ("Legiya"da Mahir Emreli və "Visla"da Anton Krivotsyuk) iştrak etdiyi Polşa Ekstraklassası, İngiltərə Premyer Liqasından sonra 7.81%-lə reytinq sıralamasında ikinci yerdə göstərilib.

Liqaların intensivliyi xüsusi düsturla hesablanıb: futbolçunun bir oyunda qət etdiyi ümumi məsafənin faydalı iş əmsalına nisbəti.

Siyahıdakı ilk onluğu təqdim edirik:

İngiltərə Premier Liqası - 7.82% - 10071 dəq. Polşa Ekstraklasası - 7.81% 10267 dəq. İspaniya La Liqası  - 7.75% 10363 dəq. Çexiya Birinci Liqası  - 7.61% 10018 dəq. İsveçrə Super Liqası -  7.60% 10096 dəq. Belçikanın Birinci A Divizyonu  - 7.54% 10204 dəq. İngiltərənin Çempionşipi (ikinci divizion)  - 7.52% 9687 dəq. Danimarka Superliqası - 7.51% 9933 dəq. İtaliya A Seriyası - 7.50% 10266 dəq. İspaniya Sequndası (İkinci divizion) - 7.47% 10040 dəq. Portuqaliya Premeyrası  - 7.44% 10066 dəq.

Emin Şəmsiyev

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər