"Futbolçularım fantastik oynadılar" - Krunoslav Renduliç

"Futbolçularım fantastik oynadılar" - Krunoslav Renduliç

"Sabah" Misli Premyer Liqasının 35-ci turunda  öz meydanında "Sumqayıt"ı 2:0 hesabı ilə məğlub edib.

Masazır təmsilçisinin baş məşqçisi Krunoslav Renduliç matçdan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:

- Futbolçularımı təbrik edirəm. Bu gün fantastik oynadılar. Qələbəyə layiq idik. Təzyiq altında oynamaq asan deyildi. Məqsədimiz mövsümü 2-ci yerdə bitirməkdir.

- Avrokuboklara gedə bilməsəz, "Qəbələ"yə məğlubiyyətə görə futbolçuları günahlandıracaqsız?

- Fikrinizə hörmət edirəm. Bir şeyi də nəzərə alaq ki, bu komanda iki ay əvvəl 8-ci yerdə idi. Son 6 oyunda 5 qələbə qazanmışıq. 2-3-cü olmaq üçün yetərincə şansımız var. Hər şey özünüzdən asılıdır. Qələbə qazansaq, avrokuboklara gedəcəyik.

- Hər iki hissənin əvvəlində "Sumqayıt" üstün görünürdü. Bunun səbəbi nədir?

- Sizinlə razı deyiləm. Bütün oyunu yaxşı keçirdik. Rəqibə yaxşı təzyiq etdik. Onların bir dəfə kornerdən qol fürsətləri oldu.

- İkinci olmağınız üçün "Neftçi"ni udmalı və "Zirə"nin xal itirməsini gözləməlisiz. "Səbail"ə güvənirsiz?

- Niyə də yox?! Favorit komandaların xal itirdiyini çox görmüşük. "Neftçi" ilə matç çox ağır olacaq. Onlar da qalib gələ bilərlər.

Mənbə: Sportal.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər