Futbolçuları qəzada ölən komandaya ŞOK CƏZA

Futbolçuları qəzada ölən komandaya ŞOK CƏZA

Braziliya Futbol Federasiyası üzvlərinin əksəriyyəti təyyarə qəzasında həlak olan “Şapekoense” klubuna texniki məğlubiyyət verib.

Buna “Şapekoense”nin Braziliya A seriyasının son turunun “Atletiko MG” ilə oyununa çıxmaması səbəb olub. Federasiyanın kluba 0:3 hesablı texniki məğlubiyyətlə yanaşı, 30 min avro məbləğində pul cəzası verəcəyi də gözlənilir.

Bu qərar yerli mətbuatda böyük əks-səda doğurub. Məsələylə bağlı federasiyadan hələ ki, heç bir açıqlama verilməyib. “Şapekoense” rəhbərliyi isə daha əvvəl bu oyuna çıxmaq ehtimallarının olmadığını açıqlamışdı.

Xatırladaq ki, noyabrın 29-da içində “Şapekoense” klubunun üzvlərinin də olduğu təyyarə Kolumbiyanın Medelin şəhərinin yaxınlığında dağlıq bölgədə qəzaya uğrayıb. Qəza nəticəsində təyyarədəki 77 sərnişindən 71-i dünyasını dəyişib.

Fanat.Az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər