Futbolçulardan qapçqınlara dəstək - FOTO

Futbolçulardan qapçqınlara dəstək - FOTO

Yunanıstanın AEL və "Açarnaikos" oyunçuları maraqlı addım atıb. Fanat.az xəbər verir ki, futbolçular Avropadakı qaçqın faciələrini diqqət çəkmək üçün oyunun gedişində aksiya keçirib.

Belə ki, futbolçular Egey dənizində gəmilərin batması nəticəsində ölən qaçqınların faciəsinə diqqəti çəkmək üçün oyunun start fiti səslənən kimi yerə oturublar və iki dəqiqə səssiz qalaraq aksiya keçiriblər.

Stadionda verilən elanda isə "Avropa Birliyi ölkələrinin və Türkiyənin qaçqınlara qarşı amansız davranışı" tənqid olunub.

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər