"Futbolçularda geriləmə var" - Tərlan Əhmədov

"Futbolçularda geriləmə var" - Tərlan Əhmədov

“Kəpəz” qış istirahətindən sonra məşqlərini bərpa edib. Komanda hazırlığın ilkin mərhələsini Gəncədə keçir.

Fanat.Az xəbər verir ki, "sarı-göylər yanvarın 2-də məşqlərə başlayıb. 

Komanda gündə iki dəfə olmaqla hazırlıq keçir. Hazırlıqda əcnəbi futbolçulardan Əhməd Ayzaya və Abdullahi Şuaybu iştirak edir. Digər legionerlər komandaya qarşıdakı günlərdə qoşulacaqlar. 

“Kəpəz”in baş məşqçisi Tərlan Əhmədov təlim-məşq toplanışını dəyərləndirib. 51 yaşlı mütəxəssis “Kəpəz” TV-yə açıqlamasında bunları söyləyib:

“Yaranmış qısa fasilədən sonra futbolçularda geriləmə var. Çalışırıq ki, məşqlərdə həmin geriləməni aradan qaldıraq. Təlim-məşq toplanışından çox şey gözləyirəm. Futbolçuların daha istəkli, aqressiv olması və funksional hazırlığı önəmlidir. Çünki bizi 18 turluq ağır çempionat gözləyir. Bütün komandalar heyətlərini gücləndirir. Bəzilərində məşqçi dəyişiklikləri oldu. Hamı özünü yaxşı tərəfdən göstərməyə çalışacaq”.

“Kəpəz” Gəncədəki hazırlığın ardından Antalyaya yollanacaq. 12 gün qonşu ölkədə hazırlaşacaq komanda təlim-məşq toplanışı çərçivəsində 3 yoxlama oyunu keçirəcək. “Sarı-göylər” Macarıstanın MTK (Budapeşt), Serbiyanın “Novi Pazar” və Qazaxıstanın “Kaysar” kollektivləri ilə üz-üzə gələcək.

"Kəpəz” yanvarın 7-də Türkiyəyə yola düşəcək və Bələkdə məskunlaşacaq  

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər