“Futbolçulara o qədər mükafat verməyimiz şişirdilmiş xəbərdir” – “Difai”nin prezidenti

“Futbolçulara o qədər mükafat verməyimiz şişirdilmiş xəbərdir” – “Difai”nin prezidenti

Birinci Liqanın 11-ci turunda nominal ev sahibi olan "Difai Ağsu" Şamaxıda "Karvan”la qarşılaşıb. Görüş ev sahibi komandanın minimal hesablı qələbəsi (1:0) ilə yekunlaşıb. Görüş barədə “fədailər”in prezidenti Asəf Məlikov Fanat.Az-a müsahibə verib.

- "Karvan" üzərindəki qələbəni necə dəyərləndirərdiniz?  - Qələbəyə doğru gedirdik. Bir neçə oyunda qələbə son anda əlimizdən çıxmışdı.

- Oyundan sonra hər bir futbolçuya 30 min manat mükafat verilməsi faktı nə dərəcədə doğrudur? - Klubun daxili işləri barədə məlumat vermirik. Yalnız onu deyə bilərəm ki, şişirdilmiş rəqəmdir. "Karvan" güclü komandadır. Lakin çempionatda 1 qələbəyə görə hər futbolçuya milli komandaya verilən məbləğ qədərində mükafat verilməsi şişirdilmiş xəbərdir.

- İlk dövrəni ümumilikdə necə qiymətləndirirsiz? - Dövrə hələ davam edir. Bitəndən sonra fikirlərimi bölüşmək daha doğru olar.

- Komandaya yeni sponsorların cəlb olunması ilə bağlı işlər nə yerdədir? - Sponsor axtarışındayıq. Hələ ki, öz gücümüz və AFFA (dövlət) dəstəyi ilə fəaliyyət göstəririk.

Nahid Məmmədov

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər