Futbolçulara ayaqqabı atdılar

Futbolçulara ayaqqabı atdılar
2019-cu il Asiya Kubokunun yarımfinalında baş tutan BƏƏ - Qətər matçında xoşagəlməz hadisələr yaşanıb.
 
Fanat.Az xəbər verir ki, BƏƏ-də yerləşən "Muhammed bin Zayad" stadionunda keçirilən görüşdə bu iki ölkə arasındakı gərgin münasibətlər də özünü göstərib. Belə ki, stadionu dolduran 42 min azarkeş Qətərin himnini ələ salıb, qollardan və oyundan sonra futbolçulara ayaqqabı, şüşə qablar kimi yad əşyalar atılıb. Baş verənlərdən sonra bəzi oyunçular yaralanıb. 
 
BƏƏ azarkeşlərinin bu hərəkətləri isə müxtəlif sosial şəbəkələrdə pislənib, sözügedən ölkədə bir daha futbol yarışlarının keçirilməsinə qadağa qoyulmasının vacibliyi bildirilib. 
Bütün təzyiqlərə baxmayaraq Qətər rəqib qapısından 4 cavabsız qol keçirməklə Asiya Kubokunun finalına adını yazdırmağı bacarıb. 
 
Qətərlə Yaponiya arasında final matçı fevralın 1-də baş tutacaq. 
Fanat.Az 
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər