“Futbolçular vaxtlı-vaxtında maaş alır” - Zaur Svanadze

“Futbolçular vaxtlı-vaxtında maaş alır” - Zaur Svanadze

Topaz Premyer Liqasının XX turunda “İnter” doğma meydanında “Qəbələ”ni qəbul edib. Qarşılaşma 1-0 hesabı ilə qonaqların qələbəsi ilə başa çatıb.

Fanat.az xəbər verir ki, oyundan sonra mətbuat konfransında “İnter”in baş məşqçisi Zaur Svanadze qarşılaşmanı şərh edib:  "İki ardıcıl məğlubiyyət alırıq. Çalışacağıq ki, nəticələri düzəldək".

- Ardıcıl məğlubiyyətlərə səbəb nədir?

- Futboldan kənar söhbətlər yoxdu. Futbolçular vaxtlı-vaxtında maaş alır. Sadəcə, vəziyyəti düzəltməliyik.

- 90 dəqiqə ərzində “Qəbələ”yə qarşı oynamaq çətindir yoxsa küləyə qarşı?

- Birinci hissədə küləyə qarşı oynadıq. İkinci hissədə qol vəziyyələrimiz oldu. Son nöqtəni qoymaqda çətinlik çəkirik. Bunu aradan qaldırmalıyıq.

- Bildirdiniz ki, hücumda problemimiz var. Mətbuatda belə bir xəbər yayılmışdı ki, hücumçu axtarışındasınız. Bu barədə işlər gedirmi?

- Biz əvvəllər hücumçu axtarırdıq. Amma ini axtarışı dayandırmışıq. Gələn mövsümündən hücum xəttini gücləndirməyə çalışacağıq.

- Komandanın Avrokubolardan kənarda qalması deyilir. Ola bilərmi bu futbolçuları həvəsdən salsın...

- Bu barədə hələlik qərar qəbul edilməyib. Əgər qəbul olunsa bu futbolçularlı həvəsdən sala bilər.(qafqazinfo)

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər