Azərbaycan Premyer Liqasının 28-ci turunda "Kəpəz" öz meydanında "Səbail"i 1:0 hesabı ilə məğlub edib.
Fanat.Az xəbər verir ki, matçdan sonra keçirilən mətbuat konfransında Gəncə klubunun baş məşqçisi Tərlan Əhmədov görüşü dəyərləndirib:
“Rəqibə oynamağa imkan verməməyə çalışdıq, onları təzyiqdə saxladıq. Üç xal bizim üçün çox vacib idi. Doqquz xallıq oyun oldu. Bu, bizə böyük motivasiyadır. Uğurlu çıxışın davamını gətirmək istəyirdik. Bu gün ən çox nəticə üçün çalışdıq. Futbolçularıma gözəl mübarizəyə görə təşəkkür edirəm.
Ot örtüyünə görə oyunun keyfiyyəti bir az aşağı idi. Amma bu, peşəkarlar üçün problem olmamalıdır. Bəli, meydançanın bu vəziyyətdə olması bizim üçün də üzücüdür. Ot örtüyü yaxşı olsa, oyunlarımız da daha keyfiyyətli alınar”.
Əhmədov son iki ayın maaşlarını almadıqlarını bildirib: "Gözləyirik. İdarə heyətinin rəhbəri futbolçularla danışır. Bu həftə məsələ öz həllini tapmalıdır. Bir dəfə futbolçular məşqə çıxmaqdan imtina etmişdilər. Amma bunu yoluna qoyduq”.