Futbolçular Kovaçın qovulmasını mətbuatdan eşidib

Futbolçular Kovaçın qovulmasını mətbuatdan eşidib

"Monako" klubunun oyunçuları baş məşqçi Niko Kovaçın istefaya göndərilməsindən çox təəccübləniblər.

Fanat.Az "L'Equipe" nəşrinə istinadən xəbər verir ki, futbolçular xəbəri mətbuatdan və sosial şəbəkələrdən öyrəniblər.

Dekabrın 31-də baş tutan məşqdən əvvəl Kovaç komandadan ayrılacağını futbolçulara bildirmişdi. Daha sonra xorvatiyalı mütəxəssis hər bir futbolçu ilə şəxsi söhbət edib. O, bəzi oyunçulardan onlara qarşı sərto lduğu üçün üzr istəyib. Bir çox futbolçu Kovaçın məsləhətlərinin onlara kömək etdiyini etiraf edib və çətin anlarda dəstəyə görə mütəxəssisə təşəkkür edib.

Xatırladaq ki, Kovaçın istefaya göndərilməsi yanvarın 1-də elan edilmişdi. Xorvatiyalı mütəxəssisin rəhbərliyi altında “Monako” 74 oyun keçirib, bunun 43-də qalib gəlib, 16-da uduzub, 15-də heç-heçə edib.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər