Çempionlar Liqasının 1/8 finalında "Milan"a uduzaraq (0:1, 0:0) mübarizəni dayandıran və "Tottenhem"in idarəçiləri baş məşqçi Antonio Konte ilə yeni müqavilə imzalamaqda maraqlı deyil.
Fanat.Az "Sky Sports"a istinadən xəbər verir ki, oyunçular komandanın sabiq çalışdırıcısı Maurisio Poçettinonun geri qaytarılmasını istəyirlər.
Xəbərə görə, Hotspur təmsilçisinin təcrübəli futbolçuları Poçettino dönəmindəki oyun modeli üçün darıxır, Kontenin işinin öhdəsindən layiqincə gələ bilmədiyini düşünürlər.
Xatırladaq ki, 2022-ci ilin yayında PSJ-dən ayrılan 50 yaşlı Poçettino hazırda işsizdir.
Nihat