Futbolçular göy gurultusundan qorxdu, hakim...

Futbolçular göy gurultusundan qorxdu, hakim...

Ötən gecə Millətlər Liqasının II turunda baş tutan Bosniya və Herseqovina - Rumıniya matçının 20 dəqiqə gec başlaması qeyri-adi səbəblə bağlıdır.

Fanat.Az "Klix.ba" portalına istinadən xəbər verir ki, oyunun başlamasına az qalmış Zenitsada göy guruldayıb. Bu isə rumınları qorxudub. 

Qonaq komandanın üzvləri ildırımdan və tufandan qorxaraq hakimlərdən hava proqnozuna baxmağı xahiş ediblər. Bir neçə dəqiqəlik yoxlama və zəmanətdən sonra rumın futbolçular qazona çıxmağa razılaşıblar.    Qeyd edək ki, Rumıniya səfər matçından 0:1 məğlub ayrılıb.    Mirağa  

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər