Futbolçular danışılmış oyunda "özlərini yandırdılar" - VİDEO

Futbolçular danışılmış oyunda "özlərini yandırdılar" - VİDEO

Nigeriyada yeni futbol qalmaqalı yaşanıb.

Fanat.Az xəbər verir ki, “Remo Stars” və “İjebu Yunayted” komandaları danışılmış oyun keçirməkdə şübhəli bilinir.

Sözügedən komandalar Nigeriyanın Oqun Ştatının Dövlət Kuboku finalında üz-üzə gəliblər.

Matçın əsas vaxtı 0:0 hesabı ilə başa çatıb və penaltilər seriyası zamanı neqativ hallar aşkar olunub. 

Əvvəlcə komandalardan birinin qapıçısı rəqibin penalti zərbəsi zamanı topa reaksiya verməyib. Daha sonra həmin komandanın futbolçusu aşkar şəkildə topu qapıya deyil, auta vurub. Bundan sonra futbolçu şübhəli şəkildə məyus olduğunu nümayiş etdirib.

Həmin anların videosu sosial şəbəkələrdə yayılıb: 

Emin

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər