Futbolçudan şok etiraf: "Burda çoxlu cihatçı var"

Futbolçudan şok etiraf: "Burda çoxlu cihatçı var"
"Brüsseldə yaşadığımız yerdə bir çox cihatçı və bu qorxunc olaylarla bağlantısı olan insanlar var. Təəssüf ki, hər kəs bu olayların yaşana biləcəyini bilirdi". Fanat.az xəbər verir ki, bu sözləri "Anderlext"in futbolçusu Matias Suares deyib.
Brüsseldə 34 nəfərin ölümü, 230 nəfərin yaralanması ilə nəticələnən terror olaylarından sonra çox qorduğunu və ailəsi üçün narahat olduğunu deyən argentinalı futbolçu yayda Belçikanı tərk etmək niyyətindədi: "Bu ölkəni və insanları sevirəm. Amma həyat yoldaşım və menecerimlə mövsümün sonunda klubdan ayrılmaqla bağlı danışmışam. Ailəmin təhlükəsizliyi üçün iyunda Belçikadan ayrılacam".
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər