Futbolçuda virus aşkarlandı - Fransa klubunun oyunu ləğv olundu

Futbolçuda virus aşkarlandı - Fransa klubunun oyunu ləğv olundu
Fransa klubu "Sent-Etyen"in əsas komandasının oyunçularından birində koronavirus aşkarlanıb.
 
Fanat.az xəbər verir ki, bu barədə klubu özünün "Twitter"dəki səhifəsində bildirib. Yoluxan futbolçunun adı açıqlanmasa da onun hazırda özünü təcrid etdiyi bildirilib.
Məlum səbəbdən "Sent-Etyen"lə "Herta" arasında bu gün baş tutacaq yoldaşlıq matçı ləğv olunub.
 
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər