Futbolçu vəhşicəsinə qətlə yetirildi: 19 nəfəri yandırdılar

Futbolçu vəhşicəsinə qətlə yetirildi: 19 nəfəri yandırdılar
Meksikanın "Xuventud Komiteka" klubunun futbolçusu qvatemalalı Marvin Alberto Tomas öldürülüb.
Fanat.Az klubun rəsmi saytına istinadən xəbər verir ki, 22 yaşlı oyunçu Meksikanın Tamaulipas əyalətində yandırılan 19 şəxsdən biridir. Onların yanmış meyiti yük maşınında tapılıb.
Cəsədləri aşkarlanan şəxslər iki cinayətkar dəstə arasındakı qarşıdurmanın qurbanlarıdır. Prokurorlar hadisə ilə bağlı araşdırma aparır. Nuevo-Leonla ştatının sərhədindəki hadisə səbəbindən səlahiyyətli qurumlar xəbərdar edilib. Lakin hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerinə vaxtında çata bilməyib.
 
Futbolçu vəhşicəsinə qətlə yetirildi: 19 nəfəri yandırdılar
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər