Futbolçu tapmadı, klubu bağlayır

Futbolçu tapmadı, klubu bağlayır

Türkiyədə maraqlı hadisə baş verib. Fanat.az xəbər verir ki, ölkədə bir çox klubun maliyyə çətinlikləri üzündən dağılmaq təhlküəsi ilə üzləşdiyi bir vaxtda "Evcilerspor" klubu başqa problemdən əziyyət çəkir.

Belə ki, həvəskarlar liqasında çıxış edən klub oynatmağa futbolçu tapmır. Bu səbəbdən prezident Vəli Kılışçı klubu bağlamaq qərarına gəlib. O, bu barədə "Facebook" səhifəsində yazıb: "Bu saatdən sonra futbol oynamaq istəyənlər süni meydançaya, pulla futbol oynamaq istəyənlər isə "Madranspor"a getsinlər, onlar verir. "Evcilerspor"u dağıdıram, klubu da bağlayıram. Bu qərarı qəbul etməməyimdə haqqı olanlara təşəkkür edirəm. Çayxanalardakı və internet klublardakı fəaliyyətlərində uğurlar diləyirəm".

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər