İngiltərə Futbol Assosiasiyası “Vest Hem”in hücumçusu Andriy Yarmolenkonu bukmeker kontorlarını reklam etməkdə ittiham edib.
Fanat.Az xəbər verir ki, bu barədə qurumun rəsmi saytı məlumat yayıb.
Ukraynalı futbolçunun assosiasiya qaydalarının 8.5-ci bəndini pozduğu bildirilir.
Belə ki, İngiltərə futbolunun nümayəndəsi olan şəxslərin bukmeker kontorları ilə əməkdaşlıq etmək hüququ yoxdur. Lakin Yarmolenko bu qaydanı pozaraq Ukraynanın mərc şirkətlərindən birinin simasına çevrilib.
Futbolçu 18 fevral tarixinə kimi bu ittihamlara cavab verməlidir.
Röya