Argentinada həvəskarlar liqasının “Qarmense” və “Deportivo İndependensiya” komandalarının oyununda insident yaşanıb.
Fanat.Az xəbər verir ki, Tres Arroyos şəhərində keçirilən matçda hakim fiziki təzyiqə məruz qalıb.
Oyunun ikinci hissəsində futbolçulardan biri meydanın mərkəzində kobudluq edib və hakimin fitindən sonra topu meydandan kənarlaşdırıb. Qarşılaşmanı idarə edən 30 yaşlı qadın hakim Dalma Kortadi fitdən sonra topa vurduğu üçün “Qarmense”nin oyunçusu Kristian Tironeyə sarı vərəqə göstərib.
Nəticədə meydanda mübahisə yaranıb və davaya çevrilib. Sarı vərəqə alan Tirone hakimi təhqir edib və buna görə qırmızı vərəqə alıb. Bu zaman meydandan qovulan futbolçunun komanda yoldaşlarından biri arxadan qaçaraq hakimin başına yumruq vurub.
Yerə yıxılan qadın hakim çətinliklə də olsa ayağa qalxıb. Asayiş keşikçiləri dərhal futbolçunu yaxalayaraq meydandan kənarlaşdırıblar. Qarşılaşma dayandırılıb, qadın hakim xəstəxanaya aparılıb. Müayinədən sonra o, evə buraxılıb.
Məlumata görə, hakimi vuran oyunçu nəinki futboldan uzaqlaşdırıla, həm də həbs oluna bilər.
?Cobarde agresión a una mujer árbitro de un futbolista en el partido de reserva Independencia ante Garmense, correspondiente a la Liga de Tres Arroyos. *️⃣La víctima es Dalma Cortadi y el autor del hecho, Cristian Tirone. pic.twitter.com/a5wZT6QKLv
— César Luis Merlo (@CLMerlo) July 31, 2022
Mirağa