İtaliya B Seriyasının 33-cü turu çərçivəsində oynanılan "Yuve Stabiya" - "Virtus Entella" matçında (1:1) gərginlik yaşanıb.
Oyunun gedişində üç qırmızı vərəqə göstərilib. Fanat.Az "Football Italia"ya istinadən xəbər verir ki, "Virtus Entella"nın meydandan qovulan müdafiəçisi Mauro Koppolaro görüşdən sonra "Yuve Stabiya"nın əməkdaşlarından biri ilə dalaşıb.
Futbolçunun xəstəxanalıq olduğu bildirilir.
Fanat.Az