Futbolçu ilə münasibətdə olan baş məşqçi qovuldu

Futbolçu ilə münasibətdə olan baş məşqçi qovuldu

İngiltərənin "Lester Siti" klubu qadınlardan ibarət komandasının baş məşqçisi Uilli Kirki qovub.

Fanat.Az xəbər verir ki, klub bu addımı Kirkin qadın futbolçulardan biri ilə münasibətdə olması səbəbindən atıb. 

"Tülkülər"in rəsmi saytı vasitəsi ilə yaydığı bəyanatla tanış olun:

"Lester" Villi Kirkin postundan göndərildiyini təsdiq edir. Aparılan araşdırmalardan sonra mütəxəssisin klubdaxili davranış qaydalarını pozduğu bəlli olub. O, günahkar bilinərək işindən azad edilib. Baş məşqçinin funksiyalarını klub yeni mütəxəssis tapana qədər məşqçi Cennifer Foster yerinə yetirəcək".

Nihat

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər