Futbolçu Mustafa Sarp və aparıcı Şehnaz Özkaya evlənib. Fanat.az xəbər verir ki, iki il əvvəl tanış olan cütlük nikah masasına əyləşib.
Toyunda təxminən 400 qonaq iştirak edib. Gecədə cütlüyün nikah şahidliyini "Qalatasaray"ın sabiq kapitanı, "Bakı"nın keçmiş baş mışqçisi Bülent Korkmaz, Yaşar Ağsu və Özgür Akyürek edib. Mərasimi müğənni Ceylan idarə edib. Səbəbkarlar bal ayı üçün Dubaya gediblər.
Qeyd edək ki, 35 yaşlı Mustafa Sarpın sonklubu "Manisaspor" olub. O, əvvəllər "Qalatasaray", "Qaziosmanpaşaspor", "Mersin İdman Yurdu", "Ankaraspor", "Kayseri Erciyəsspor", "Bursaspor", "Samsunspor", "Karabükspor", "Elazığspor" və "İstanbul BB" klublarında oynayıb, Türkiyənin B yığmasına çağırılıb.
Fanat.az