Futbolçu hakimi vurdu, həbs olundu, oyun yarımçıq dayandırıldı - FOTO/VİDEO

Futbolçu hakimi vurdu, həbs olundu, oyun yarımçıq dayandırıldı - FOTO/VİDEO
Maltanın II divizionunda keçirilən "Orata Yus" - "Sannat Layons" oyun yarımçıq dayandırılıb.
Fanat.Az xəbər verir ki, buna səbəb futbolçunun hakimi vurması olub.
"Sannat Layons"un oyunçusu Antuan Kamilleri hakimə hücum edib. Referinin ikinci sarı vərəqə göstərərək onu meydandan qovmasına qəzəblənən futbolçunu komanda yoldaşları ayırıb.
Kamilleri meydanı tərk edərkən yan xətt hakiminin sifətinə iki zərbə endirib. Bundan sonra oyunçu polisin müşayiəti ilə paltardəyişmə otağına yollanıb. O, stadionu qandalla tərk edib.
Fanat.Az
 
Futbolçu hakimi vurdu, həbs olundu, oyun yarımçıq dayandırıldı - FOTO/VİDEO Futbolçu hakimi vurdu, həbs olundu, oyun yarımçıq dayandırıldı - FOTO/VİDEO
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər