Argentinanın Kordoba bölgəsində keçirilən oyun faciə ilə nəticələnib. Fanat.az xəbər verir ki, futbolçu oyun zamanı hakimi qətlə yetirib.
Həvəskar komandalar arasındakı matçda hakim futbolçunu meydandan qovub. Bundan qəzəblənən oyunçu hakimin başına, sinəsinə və boynuna üç güllə vurub. O, daha sonra Valter Zarate adlı futbolçunu da güllələyib.
Həyatını itirən Sezar Flores adlı hakimin 48 yaşında olduğu bildirilir. Polisin ələ keçirdiyi qatilin hadisə zamanı özündə olmadığı müəyyənləşib.
Fanat.az