Futbolçu eks sevgilisinə 6 ay həbs cəzası verdirdi - SƏBƏB

Futbolçu eks sevgilisinə 6 ay həbs cəzası verdirdi - SƏBƏB

"Antalyaspor"un ulduz futbolçusu Samuel Eto keçmiş sevgilisi Natali Koaha məhkəmədə qalib gəlib. Fanat.az xəbər verir ki, futbolçu Koahın "İntiqam pornosu" adlı kitabında özü ilə bağlı yazdıqlarından narazı idi.

Şəxsi həyatının ictimailəşməsindən narazı olan Eto Fransadakı ilk məhkəmədə də qalib gəlib. Nəticədə satışa çıxarılan kitab məhkəmənin qərarı ilə yığışdırılmışdı. 

Budəfəki məhkəmə isə Kamerunda olub. Belə ki, futbolçu keçmiş sevgilisini özünə məxsus "Rolex" markalı saatı oğurlamaqda günahlandırıb. Məhkəmədə isə Koahın günahı sübuta yetirilib və ona 6 ay həbs cəzası verilib. Ancaq həbsin müddəti 3 illiyinə təxirə salınıb.

Qeyd edək ki, Eto ilə Koah 7 il birlikdə olub. Koah hazırda "Antalyaspor"da çıxış edən Samuel Etoya qarşı şok ittiham irəli sürmüşdü. Natali öz kitabında futbolçunun onun çılpaq fotolarını mətbuata ötürdüyünü iddia etmişdi. 

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər