Futbolçu dünyanın ən bahalı sürücülük vəsiqəsini aldı

Futbolçu dünyanın ən bahalı sürücülük vəsiqəsini aldı

Almaniya milli komandasının və Dortmund "Borussiya"sının üzvü Marko Reus bəlkə də dünyanın ən bahalı sürücülük vəsiqəsinə sahib olub.

Fanat.Az xəbər verir ki, 2014-cü ildə sürət həddini aşdığı üçün ardıcıl bir neçə dəfə cərimələnən alman ulduzun saxta Hollandiya sürücülük vəsiqəsindən istifadə etdiyi aydınlaşmışdı. Nəticədə məhkəmə onu gündəlik 6 min avro olmaqla 90 gün cəzalandırmışdı.

540 min avro cərimə ödəyən ulduz futbolçu dünən yazılı və sürücülük imtahanından keçərək yeni sürücülük vəsiqəsialıb.

Son iki ildə taksi və dostlarının sürdüyü maşınlarla gəzən Reus dünən ilk dəfə məşqə öz avtomobili ilə gəlib.

Fanat.Az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər