Zədəli olduğu üçün Almaniya millisinin heyətindən çıxarılan Bastian Şvaynştayger maraqlı qərar qəbul edib. Fanat.az xəbər verir ki, o, yığmasının İngiltərə millisi ilə keçirdiyi hazırlıq qarşılaşmasını izləmək əvəzinə tennis matçına gedib.
Məşhur tennisçi Ana İvanoviçlə sevgili olan almaniyalı birlikdə olduğu xanıma dəstək üçün Mayamiyə yollanıb. Amma futbolçunun ayağı sevgilisi üçün heç də düşərli olmayıb. Belə ki, İvanoviç rəqibi Timea Baksinki ilə mübarizədə məğlub olub - 0:2.
Qeyd edək ki, Bastian Şvaynştaygerin bu addımı almanlar tərəfindən heç də xoş qarşılanmayıb.
Fanat.az