İspaniyanın "Linares" klubunun futbolçusu Fran Karles dünyasını dəyişib. III divizion təmsilçisinin 26 yaşlı oyunçusu məşqdə omba nahiyəsindən aldığı zədə nəticəsində ölüb.
Olay trenajor zalında çalışma zamanı baş verib. Futbolçu aldı xəsarətə önəm verməsə də, bu ciddi olub. Karlesin başı gicəllənib və onu xəstəxanaya çatdırıblar. Həkimlər futbolçunun əzələsinin dartılması diaqnozunu qoyublar ki, bunun nəticəsində onda daxili qanaxma olub. Karles təcili əməliyyat olunsa da, həyatını xilas etmək mümkün olmayıb. "Linares" onun xatirəsinə "Sevilya" ilə yoldaşlıq görüşü keçirəcək.
Futbolçu bütün karyerasını bu kluba həsr edib. O, 2009-cu ildən "Linares"in əsas komandasına cəlb olunub. Karles Deportivo təmsilçisinin heyətində bütün turnirlərdə 34 matç keçirib və 1 qol vurub.
Fanat.az