İngiltərənin "Sanderlend" klubunun sabiq futbolçusu Adam Consonun 6 il müddətinə azadlıqdan məhrum edildiyini xəbər vermişdik.
Sport7.az saytının məlumatına görə, futbolçu bununla bağlı apellyasiya şikayəti versə də, məhkəmə qərarı dəyişməyib.
15 yaşlı qızla intim münasibətdə olduğu üçün məsuliyyətə cəlb edilən oyunçu bu səbəbdən ömrünün 6 ilini həbsxana divarları arasında keçirməli olacaq. Məlumatı Consonun bacısı da təsdiqləyib.
Qeyd edək ki, bu hadisədən sonra Premyer Liqa klubu Adam Consonla bağladığı müqaviləni ləğv etmişdi.
Fanat.az