Futbola qoyulmuş qadağa 48 il sonra ləğv edildi - Türkiyədə

Futbola qoyulmuş qadağa 48 il sonra ləğv edildi - Türkiyədə

Türkiyədə futbola qoyulmuş qadağa 48 il sonra rəsmi olaraq aradan qaldırılıb. 

Konstitusiya Məhkəməsinin yanvarda qəbul etdiyi müvafiq qərarından sonra  Gömrük və Ticarət Nazirliyi stolüstü futbolu qadağan olunmuş  idman növlərinin siyahısından çıxarıb.

Məhkəmənin qərarına əsasən, fiziki bacarığa əsaslanan bu oyun vətəndaşların işinə və ya ailəsinə heç bir  mənfi təsir etmir, əksinə, insanın beyin sağlamlığını gücləndirir.  

Qeyd edək ki, bundan əvvəl  stolüstü futbol Türkiyədə mərc oyunu hesab edilib və oyunçulara 5 ilədək həbs cəzasına məhkum edilə bilərdilər. 

Türkiyədə pinbol və ruletka oyunlarına qadağa hələlik tətbiq edilsə də, Konstitusiya Məhkəməsi bu oyunların da cinayət hesab edilməməsinə dair qərar çıxarıb.  (APA)

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər