Futbol və futbolçular haqda heç vaxt eşitmədiyiniz ilginc FAKTLAR

Futbol və futbolçular haqda heç vaxt eşitmədiyiniz ilginc FAKTLAR
Fanat.Az futbol və futbolçular haqda çoxlarınızın eşitmədiyi maraqlı məlumatları təqdim edir:
* "Mançester Yunayted"in futbolçusu Zlatan İbrahimoviç uşaq vaxtı velosiped oğurladığını etiraf edib. isveçli ulduz bildirib ki, futbol onu doğru bir insana çevirib.
* Andrey Şevçenko Kiyev "Dinamo"sunda oynayarkən "Trabzonspor"a təklif olunub. Klubun onu almaq üçün maliyyə imkanları da olub. Amma komandanın baş məşqçisi "bundan heç nə olmaz" deyib. Andrey bu olaydan iki il sonra "İlin futbolçusu" seçilib. Bu etirafı "Trabzonspor"un həmin vaxtkı prezidenti Atay Akuğ edib. 
* Hindistan "DÇ-1950"dən imtina edib. Səbəb isə FIFA-nın hindistanlı futbolçuların ayaqyalın oynamasına icazə verməməsi olub.
* Dünyanın ən çox qol vuran qapıçısı Roberto Seni 131 dəfə fərqlənib. Qolkiper "qapıçı yox, hücumçu olsaydım, bu İbrahimoviçdən deyil, dünya məndən danışardı" deyib.
* Kriştiano Ronaldo 8 saniyədə 13 fərqli hərəkət edə bilir. 100 metr məsafəni topla 11 saniyəyə qaçır, topa başla zərbə vurmaq üçün 180 sm yüksəlir. Portuqaliyalı boksçu olsaydı, 10 saniyədə 32 zərbə vura bilərdi. 
* Mario Balotelli İngiltərədəki həyatı boyunca maşınını düzgün park etmədiyinə görə 10 min funt-sterlinq cəza alıb.
* Hazırda "Volfsburq"da oynayan polşalı Yakub Blaşikovski 12 yaşında atasının anasını öldürməsinə şahid olub.
* Lionel Messinin ən çox qol vurduğu qapıçı İker Kasilyas olub. Kasilyasın isə ən çox zərbəsini dəf etdiyi futbolçu Messidi.
* Rayan Giqqz 8 il qardaşı Rodrinin həyat yoldaşı Natalya ilə birlikdə olub.
* Braziliyalı futbolçu Qrafite 21 yaşına qədər küçələrdə zibil toplayaraq yaşayıb.
* 1992-ci ilə qədər Səudiyyə Ərəbistanında 7 və daha çox qol buraxan komandalara falaka cəzası (ayaqlarına şallaq vurmaq) verilirdi.
* İbtidai məktəbdəki müəllimi Kriştiano Ronaldonu Madeyra ləhcəsində danışdığı üçün döyüb. Madeyra Ronaldonun doğulduğu şəhərdi.
* Fransız yarımmüdafiəçi Rio Mavuba beynəlxalq sularda üzən bir gəmidə dünyaya gəlib. Bu səbəbdən doğum şəhadətnaməsindəki milliyət bölümü boş olub. O, 2004-cü ildə - 20 yaşında böyüdüyü ölkə olan Fransanın vətəndaşlığını alıb.
* Lionel Messi solaxay olsa da, sağ ayağı ilə Çempionlar Liqasında het-trik edən ilk futbolçu olub.
* Dünyada transfer qiyməti birdən-birə ən çox düşən futbolçu Ronaldinyodu. Onun dəyəri 81 milyon avrodan 1,2 milyon avroya enib.
* "Sevilya"dan "Milan"a 30 milyon avroya transfer olunan Karlos Bakka 8 il əvvəl vətənində balıqçıqla məşğul idi.
* Avropa klublarına ən çox qol vran alman futbolçu Yugen Klinsmanndı. Amma o, buna baxmayaraq Avropa kuboklarında bombardir olmayıb.
* Ronaldo və Ronaldinyonun oynadığı bütün oyunlarda Braziliya millisi qol vurub.
* Portuqaliyalı əfsanə Eusebionun boşa verdiyi ilk penaltini Joze Mourinyonun atası Feliks dəf edib.
* "Real" və Braziliya millisi Kakanın qol vurduğu oyunlarda uduzmayıb (58 matç).
* Yubiley matçında öz qapısına qol vuran yeganə futbolçu Frans Bekkenbauer olub.
* Lillian Türam rəqib hücumçuları narahat etmək üçün bədəninə sarımsaq sürtərək meydana çıxırmış.
* Zədə səbəbindən "ən uzun müddət oynamayan ən bahalı futbolçu" "Real"dan "Milan"a 11 milyon avroya transfer olunan Fernando Redondo olub. İtaliyadakı ilk matçının 3-cü dəqiqəsində zədələnən futbolçu təxminən 2,5 il yaşıl meydanlardan kənarda qalıb. Redondo bu səbəbdən 2.74 milyon funt-sterlinqi, ev və maşını "Milan"a qaytarmaq istəyib, amma klub bu təklifi qəbul etməyib.
* İngiltərədə bir dönəm qapıçılıq edən Anri Fulke düz 141 kq olub.
* Alessandro Nesta saatlarla playstation oynadığı üçün sol əlinin baş barmağını zədələmişdi. Nəticədə əməliyyat olunan futbolçu 4 həftə oynaya bilməmişdi.
* Patrik Evarın 23, Aoeks Sonqun 27 bacı-qardaşı var. İki futbolçunun bacı-qardaşlarından 11 oyunçu olmaqla 44 klub yaratmaq olar.
* Didye Droqba Fil Dişi Sahili yığmasının oyunçularını başına toplayaraq ölkədə vətəndaş müharibəsini dayandırıb.
* Ronaldinyo gəncliyində oynadığı komandanın 23:0 hesablı qələbə qazandığı matçda 23 qol vurub.
*Frank Riberi uzun müddət öncə İslamı qəbul edib və adını dəyişdirərək Bilal Yusif Məhəmməd edib. Ancaq hələ də Frank Riberi ad-soyadından istifadə edir.
* İllər öncə Zinəddin Zidan "Blekbern"ə təklif olunub. Amma İngiltərə klubu onu bəyənməyərək transferdən imtina edib.
* Finlandiyanın məşhur futbolçularından Pentti 1986-cı ildə öz qapısına 5 qol vurub. Oyundan sonra komanda yoldaşları ona kompas alıb.
* Madaqaskar çempionatında SOE klubunun futbolçuları formal xarakter daşıyan "Adema" ilə "pley-off" oyunda öz qapılarına 149 qol vurub. Bu matç formal xarakter daşıyıb. Çünki rəqib ilk oyunda şübhəli penalti sayəsində qələbə qazanaraq çempionluğunu elan edib.
* 1998-ci ildə "Jiul Petrosani" klubunda forma geyinən runın futbolçu İon Radu "Valkea" klubuna 500 kq ət qarşılığında transfer olunub. 
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər