Futbol ulduzlarından yaddaqalan sitatlar

Futbol ulduzlarından yaddaqalan sitatlar
Fanat.Az futbol tarixində ən yaddaqalan sitatları təqdim edir: 
  • Kriştianu Ronaldu: "Messi ağıllı, İbrahimoviç güclü, Bekhem yaraşıqlı olduğu üçün sevilir. Mən isə sevilmirəm, çünki bunların hamısı məndə var". 
  •  
  • Sergen Yalçın: "Avropaya getmək elə də asan deyill. "Bavariya" məni alacaqdı. Ancaq adamlar məni araşdırıblar  və almaqdan vaz keçdilər". 
  • Məsut Özil: "Ronaldu yaxın dostumdur. Dinimə qarşı da sayqılıdır. Mən "Quran" oxuduğum zaman sayqı göstərir və dinləmək xoşuna gəlir".
  • Zlatan İbrahimoviç: "17 yaşımda Arsen Venger "Arsenal"da yoxlanış matçına çıxmağı təklif etdi. Rədd etdim. Çünki Zlatan yoxlanılmaz". 
  •  
  • George Hacı: "Mən "Qalatasaray"a gəlməklə yanaşı "Qalatasaray"lı oldum. "Qalatasaray"ı hiss etməyə başladığım gün imzanı ürəyimə atdım". 
  •  
  • Lionel Messi: "Ronaldu, yoxsa Messi?" deyə soruşanlara, "Ronaldinyo hələ həyatdadır" deyib mövzunu bağlayaram".
 
Futbol ulduzlarından yaddaqalan sitatlar
  • Andrea Pirlo: "Məncə, təkərdən sonra ən böyük icad "PlayStation"dur. 
  • Slaven Biliç: "Qadınlara hörmət edirəm. Ancaq futbol onlardan daha gözəldir". 
  •  
  • Mario Balotelli: "İtaliya milli komandasında oynamaqdan daha gözəl bir şey varsa, o da Pirlo kimi bir sehirbazla eyni komandada oynamaqdır". 
  • Yılmaz Vural: "Milli komandaya mütləq əcnəbi baş məşqçi gəlməlidirsə, mənim xarici pasportum var". 
  • Xavi: "Gündəlik həyatda belə sağa-sola baxaraq boşluq axtarıram". 
  •  
  • Devid Bekhem: "Jurnalist: Futbolu buraxmağı heç düşündünüzmü? Bekhem: Bəli. Bir dəfə Messi topu sağımdan atıb, sol tərəfimdən sürətlə keçmişdi. Həmin gün düşündüm". 
 
Futbol ulduzlarından yaddaqalan sitatlar
  • Metin Kurt: "Futbol meydanda gözəldir, birjada yox". 
  • Filip Lam: "Məni bu mövsüm tez-tez oyuna çıxmaq yox, tez-tez kubok qaldırmaq yordu".
  • Arsen Venger: "Azarkeşlərimizdən tək istəyim, Türk bayrağına qarşı sayğılı olsunlar. Çünki türklər bayraq üçün canını da verərlər". 
  • Kərim Benzema: "Arsenal"da forma geyinməkdənsə, həbsxanaya girməyi seçərəm". 
  • Luiş Fiqu: "Çox yaxşı hücumçu axtarırsınızsa, araşdırmayın. Çünki hər zamanən yaxşı hücumçular "Atletiko Madrid"dədir". 
  • Pep Qvardiola: "Ən böyük məqsədim Messini dünyanın ən yaxşı futbolçusu etmək idi, amma o məni dünyanın ən yaxşı baş məşqçisi etdi". 
 
Futbol ulduzlarından yaddaqalan sitatlar
 
  • Zinəddin Zidan: "Oğlumla evin həyətində futbol oynayanda, hər ikimiz sevdiyimiz futbolçunu canlandırırıq. Oğlum "mən" olur, mən isə Ronaldo". 
  • Fatih Tərim: "Bəzən ürəkli mığlubiyyətlər, qorxaq qələbədən daha vacibdir". 
  • Emre Belözoğlu: "Mən bəzən yalnış nəsə deyəndə, insanlar məni yalnış anlamasın". 
  • George Haci: "Komandası uduzanda ağlamayan futbolçu ulduz ola bilməz". 
  • Slaven Biliç: "Dünyanı xilas edə bilməyəcəyimi bilirəm, ancaq haqsızlığa qarşı həmişə ön sıralarda olacağam".
  •  
  • Zlatan İbrahimoviç: "Ronaldu şanslı adamdır. Hər dəfəsində ən öndən bilet alıb Messinin mükafatı almasını seyr edir". 

Futbol ulduzlarından yaddaqalan sitatlar
  • Chicharito (Xavyer Ernandes): "Xristian ola bilərəm, amma örnək aldığım insan Hz Məhəmməddir". 
  • Aatif Şaeşue: "Soyadımı düzgün yaza bilmək üçün illərcə çalışdım. Ancaq mənasının nə olduğunu hələ də anlaya bilmirəm". 
  • Mussa Sou: "Bu axşam heyətdə niyə olmadığımı bilmirəm, amma əlhəmdulillah "Fənərbağça"nı sevirəm". 
  • Roberto Mançini: "Kriştianu Ronaldonu dayandırmaq üçün polis çağırmaq lazımdır". 
  • Joze Mourinyo: "Jurnalist: Komanda yorğun idi?  Mourinyo: Yorğun? Gündə 15 saat işləyib, ayda bir-neçə yüz avroyla evinə qayıdan ata yorğun olur, biz yox".
  • Luis Felipe Skolari: "Əgər kubok qazanmaq istəyirsinizsə, Pele nə deyirsə, onun əksini edin". 
Tərcümə: Röya Kərimli
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər