Futbol tarixinin ən yaxşı məşqçisi bilindi - Nə Qvardioladır, nə də Mourinyu

Futbol tarixinin ən yaxşı məşqçisi bilindi - Nə Qvardioladır, nə də Mourinyu

"FourFourTwo" dünya futbol tarixinin ən yaxşı məşqçilərinin reytinqini tərtib edib. 

Fanat.Az xəbər verir ki, birinci yeri “Mançester Yunayted”dəki uğurlu karyerası ilə tanınan şotlandiyalı mütəxəssis Aleks Ferqyuson tutub.  O, 1986-2013-cü illərdə “qırmızı şeytanlar”ı çalışdırıb.

Reytinqdə ikinci yeri Rinus Mişels tutub, ilk "üçlüy"ü isə Yohan Kroyff tamamlayıb. 

Bütün zamanların ən yaxşı "onluğ"una həmçinin bu mütəxəssislər salınıb: Bill Şenkli, Pep Qvardiola, Arriqo Sakki, Mett Basbi, Helenio Herrera, Ernst Happel, Valeri Lobanovski.

Portuqaliyalı Joze Mourinyu 12-ci, italiyalı Karlo Ançelotti isə 17-ci olub.

Mirağa

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər