Futbol tarixinin ən qısaboy qapıçıları - FOTOLAR

Futbol tarixinin ən qısaboy qapıçıları - FOTOLAR

Fanat.Az futbol tarixininin ən qısaboy qapıçılarının siyahısını təqdimedir:: 

Oskar Roxas - 172 sm (01.02.1973, Meksika)

O, Meksika futbolunda unikal xarakteri ilə tanınır. 46 yaşlı veteran 2019-cu yerli "Krus Asul" klubunda karyerasını bitirib.

Futbol tarixinin ən qısaboy qapıçıları - FOTOLAR

Frantişek Planiçka - 172 sm (02.06.1904 – 20.07.1996, Çexiya)

Çex futbolunun əfsanəsi Planiçka 1999 IFFHS-in sorğusuna əsasən, XX əsrin ən yaxşı qapıçıları siyahısında 9-cu yerdədir. Karyerası ərzində 1442 oyun keçirib.

Futbol tarixinin ən qısaboy qapıçıları - FOTOLAR

Xuan Olivares  172 sm (20.02.1941, Çili)

Çilinin ən qədim futbol klubu "Santiaqo Uonderers"in əfsanələrindən biri. Karyerasını bitirdikdən sonra uzun müddət sözügedən klubun məşqçilər korpusunda çalışıb.

Futbol tarixinin ən qısaboy qapıçıları - FOTOLAR

Xorxe Kampos 168 sm (15.10.1966, Meksika)

Qapıçı formalarını abstrakt sənətə çevirən adam. Qapıçılar arasında cərimə meydançasını tərk etmək tendensiyasını məhz Xorxe Kampos başlamışdır. Kampos 1, 9 və 19 nömrələr altında çıxış edib. Xorxe Kampos öz adını futbol şortuna yazdıran yeganə qapıçıdır. 

Futbol tarixinin ən qısaboy qapıçıları - FOTOLAR

Françesko Kvintini 168 sm (27.05.1952, İtaliya)

Karyerasını 25 yaşında bitirən qapıçı "Roma" azarkeşləri tərəfindən yaxşı tanıyır. Françesko 1971-1977-ci illərdə "canavarlar"ın qapısını qoruyub.

Futbol tarixinin ən qısaboy qapıçıları - FOTOLAR

Emin Şəmsiyev

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər