PSJ-nin ulduzu Zlatan İbrahimoviç futbol tarixinin ən böyük təklifi gəlib. Fanat.az xəbər verir ki, Çinin "Şanxay Şenhua" klubu isveçli ulduza fantastik maaş təklif edib.
İbrahimoviçin PSJ ilə müqaviləsi yayda başa çatacaq və o, Fransa klubunu tərk edib. İsveçli futbolçunun İngiltərə Premyer Liqasında oynamaq istədiyi və bu ölkədən təkliflər adldığı deyilir. 34 yaşlı ulduzla həmçinin ABŞ klubları da maraqlanır.
Zlatana son təklif "Şanxay Şenhua"dan gəlib. İddialara görə, Çin klubu ona 1 illik müqavilə üçün 40 milyon avro (təxminən 75 milyon 512 min manat) təklif edib. Zlatan PSJ-də illik 15 milyon avro (təxminən 27 milyon 567 min manat) maaş alır. Bu reallaşsa, İbra futbol tarxində ən çox maaş alan futbolçu olacaq.
Qeyd edək ki, İbrahimoviç cari mövsümdə 38 rəsmi oyuna çıxıb və 31 qola imza atıb.

Zlatan transferi ilə klublarına ən çox pul qazandıran futbolçu hesab olunur. Belə ki, "Malmö"dən "Ayaks"a 7.8, "Ayaks"dan "Yuventus"a 16, "Yuventus"dan "İnter"ə 24.8, "İnter"dən "Barselona"ya 69.5, "Barselona"dan "Milan"a 30 (bunun 6 milyon avrosu transferdən bir mövsüm əvvəl "Barselona"ya icarə haqqı olaraq verilib), "Milan"dan PSJ-yə 21 milyon avroya transfer olunub. Beləliklə, 6 klub onun transferinə 169 milyon 100 min avro (bu günkü məzənnə ilə 310 milyon 771 min manat).
Fanat.az