Futbol tarixinin ən böyük anlaşması - 227 milyon manat

Futbol tarixinin ən böyük anlaşması - 227 milyon manat

Dünyanın ən çox izlənən və ən səviyyəli çempionatı hesab olunan Premyer Liqa daha bir rekorda imza atıb. Fanat.az xəbər verir ki, yeni imzalanan yayım müqaviləsi klublara ildə 100 milyon funt-sterlinq (227 milyon 720 min manat) xeyir verəcək.

Belə ki, "BT Sports" və "SKY Sports" kanalları 2016-2019 illərində klublara sadəcə İngilətərə canlı yayım haqqları üçün 5.1 milyard funt-sterlinq (təxminən 11.61 milyard manat) ödəməyə edəcəyini açıqlamışdı. 

Premyer Liqadan verilən açıqlamada gəlirlərin 70 faiz artdığı və və bu gəlirin 85.3 milyon funt-sterlinqinin (194 milyon 245 min manat) yenidən futbola yatırım qoyulacağı bildirilir. Beləliklə, İngiltərədə yayım haqqlarının 95.2 faizi klublara veriləcək.

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər