2018-ci ilin yayında "Atletik Bilbao"dan 80 milyon avroya "Çelsi"yə transfer olunaraq futbol tarixinə ən bahalı qapıçı kimi düşən Kepa Arrisabalaqa London klubunu tərk etməyə yaxındır.
Fanat.Az xəbər verir ki, informasiyanı "French Foot Mercato" yayıb.
O, ötən mövsüm Liqa 1-i 5-ci yerdə başa vuran və bununla da Konfrans Liqasının pley-off mərhələsinə vəsiqə qazanan "Nitsa"ya keçmək üzrədir. İcarə razılaşmasına görə, qapıçının maaşının böyük hissəsini "Çelsi" ödəməlidir.
İddiaya görə, Arrisabalaqa əsas heyətdə yer uğrunda "Çelsi"nin əsas qapıçısı və Seneqal millisinin üzvü Eduard Mendinin əvəzedicisi olmaq istəmir. Onun daimi oyun təcrübəsi qazanmaq üçün top-klubdan Avropanın orta səviyyəli komandasına keçməyə hazır olduğu bildirilir.
Mirağa