Futbol tarixinin ən bahalı qapıçısı İtaliya klubuna keçir

Futbol tarixinin ən bahalı qapıçısı İtaliya klubuna keçir

"Çelsi"nin qapıçısı Kepa Arrisabalaqa karyerasını İtaliyada davam etdirməyə yaxındır.

Fanat.Az xəbər verir ki, informasiyanı "Daily Mail" yayıb.

Mənbə ispaniyalı qolkiperin "Napoli"yə keçməyə yaxın olduğunu vurğulayıb. Xəbərə görə, Neapol təmsilçisi "çərçivə" qoruyucusunu bir mövsümlük icarəyə götürmək üçün "zadəganlar"a rəsmi təklif göndərib.

Qeyd edək ki, 2018-ci ildə Bilbao "Atletik"indən 80 milyon avroya transfer edilən və futbol tarixinin ən bahalı qapıçısı kimi tarixə düşən 28 yaşlı Arrisabalaqa son iki mövsümdə əsas heyətə düşə bilmir. İngiltərə klubunda Eduar Mendinin əvəzləyicisi funksiyasını yerinə yetirən ispan qapıçı son mövsümdə "Çelsi" forması ilə cəmi 15 matça çıxıb və 10 qola üzülüb.

Nihat

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər