Futbol tarixində yaddaqalan gün - FOTOLAR

Futbol tarixində yaddaqalan gün - FOTOLAR

Futbol tarixin ilk beynəlxalq matçı 30 noyabr tarixində keçirilib. 

Fanat.Az xəbər verir ki, 1987-ci ilin bu günü Qlazqo şəhərinin yaxınlığındakı Patrikdə (sonradan Qlazqoya daxil edilib) yerləşən "Hamilton Kresent Stadionu"nda Şotlandiya millisi ilə İngiltərə seçməsi qarşılaşıb. Futbol tarixinin ilk beynəlxalq görüşü 0:0 hesabı ilə başa çatıb. Rəsmi oyuna qədər isə bu komandalar 5 dəfə yoldaşlıq görüşündə üz-üzə gəliblər. 

Futbol tarixində yaddaqalan gün - FOTOLAR

Havanın temperaturunun aşağı olmasına baxmayaraq, stadiona 4000-ə yaxın tamaşaçı toplanıb. Matç üçün biletin qiyməti isə 1 şillinq olub.

Qeydlərə görə, baş hakim Uilyam Kay idarə etdiyi oyunda Şotlandiya 2 müdafiəçi, 2 yarımmüdafiəçi və 6 hücumçu, İngiltərə isə 1 müdafiəçi, 2 yarımmüdafiəçi və 7 hücumçu ilə meydana çıxıb. Hətta fasilədən sonra hücumçulardan birinin qapıya keçməsi, qapıçının isə hücumda oynadığı yazılır. 

Futbol tarixində yaddaqalan gün - FOTOLAR

Maraqlıdır ki, meydanda bu qədər hücumçu olmasına baxmayaraq azarkeşlər qol görə bilməyiblər. 

Emin Şəmsiyev

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər