Futbol tarixində Ronaldu kimisi olmayıb - O, bunu da bacardı

Futbol tarixində Ronaldu kimisi olmayıb - O, bunu da bacardı

Portuqaliya millisinin 38 yaşlı futbolçusu Kriştianu Ronaldu milli komandaların heyətində ən çox oyun keçirmiş futbolçu olub.

Fanat.Az xəbər verir ki, təcrübəli ulduz AÇ-2024-ün seçmə mərhələsi çərçivəsində Lixtenşteynə qarşı forma geyinərək milli forma ilə 197-ci matçına çıxıb.

Beləliklə, Kriştianu Küveyt yığmasında 196 oyun keçirən Bader Əl-Mutavanı geridə qoyaraq mütləq rekordçuya çevrilib.

Qeyd edək ki, Portuqaliya - Lixtenşteyn qarşılaşması meydan sahiblərinin 4:0 hesablı qələbəsi ilə başa çatıb. Ronaldu bu matçda dublla yadda qalıb.

Nihat

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər