Bu gün Ueyn Runinin şərəfinə "Mançester Yunayted"lə "Everton" arasında yoldaşlıq görüşü keçiriləcək. Fanat.Az xəbər verir ki, hücumçunun futbola başladığı klubla ulduzunun parladığı komanda arasında təşkil olunan oyun "Facebook" vasitəsi ilə canlı yayımlanacaq.
Belədə, sözügedən qarşılaşma sosial şəbəkədə canlı yayımlanan ilk futbol matçı kimi tarixə düşəcək. Azarkeşlər qarşılaşmanı "qırmızı-şeytanlar"ın və Runinin rəsmi rəsmi səhifəsi vasitəsi ilə izləyə bilər.
Qeyd edək ki, oyun Bakı vaxtı ilə saat 23:00-da start götürəcək.
Onu da bildirək ki, qarşılaşmadan əldə ediləcək gəlir 4 xeyriyyə qurumu arasında bölünəcək.
Fanat.Az