Futbol tarixində belə cəza olmamışdı - Rekord reallaşdı

Futbol tarixində belə cəza olmamışdı - Rekord reallaşdı

Uels klubu "Pontiprit Yunayted" rekord cəza ilə üzləşib. 

Fanat.Az "Thesun"-a istinadən xəbər verir ki, Premyer Liqa klubu oyunçu müqavilələrini pozduğuna görə 141 xalından məhrum olub.

Uels Premyer Liqasında ikinci mövsümünü keçirən "Pontiprit Yunayted" müqavilələr üzrə oyunçulara ödəniş etmədiyi və müqavilə öhdəliklərini yerinə yetirmədiyi üçün cəzalandırılıb. Həmçinin “əjdahalar” qeydiyyat prosesində saxtakarlıq ediblər, oynamaq hüququ olmayan futbolçuları meydana buraxıblar.

141 xallıq cəzanın 135-i şərti qəbul olunub. Belə ki, klub növbəti saxtakarlıq zamanı növbəti mövsümə "mənfi 135 xal"la başlayacaq.

Klub həmçinin iki transfer pəncərəsi müddətində oyunçu alğı-satqısından məhrum edilib.

Beləliklə, 18 matçda 13 xal qazanan "Pontiprit Yunayted"in 6 xalı silindiyi üçün 7 xalla sonuncu - 12-ci pilləyə yuvarlanıb.

Mirağa

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər