"Futbol tanrısı olmayan yerdə Messi, Neymar və Mbappe nəyə lazımdır?"

"Futbol tanrısı olmayan yerdə Messi, Neymar və Mbappe nəyə lazımdır?"

Ciddi zədə səbəbindən bu mövsüm hələ İtaliya çempionu "Milan"ın heyətində meydana çıxmayan Zlatan İbrahimoviç yenidən diqqət mərkəzinə düşüb. 

Fanat.Az xəbər verir ki, isveçli hücumçu “Canal+”a müsahibəsində vaxtilə çıxış etdiyi və ümumilikdə 156 qol vurduğu PSJ-dəki vəziyyəti şərh edib.

Zlatan "Paris üçün darıxırsınız" sualına özünəməxsus üslubda cavab verib: "Mən gedəndən bəri danışacaq bir şeyiniz yoxdur. Mənə Fransa lazım deyil, Fransanın mənə ehtiyacı var. Futbol tanrısı olmayan yerdə Messi, Neymar və Mbappe nəyə lazımdır?" Onun bu açıqlaması sosial şəbəkə tez bir zamanda viral olub:   

Karyerasının sonu ilə bağlı suala isə o, belə cavab verib: "Təqaüdə çıxmaq haqqında düşünmürəm. Sonum hələ yaxın deyil. Nə qədər ki, nəsə verə bilərəm, oynamaq istəyirəm".

Mirağa

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər