Futbol millimiz İslamiadanın qalibi oldu

Futbol millimiz İslamiadanın qalibi oldu

IV İslam Həmrəyliyi Oyunlarında futbol yarışlarının finalı baş tutub. Fanat.Az xəbər verir ki, millimiz Omanla üz-üzə gəlib.

Qrupda keçiridiyi oyunlarda Kamerun və Mərakeşlə qolsuz bərabərliyə razılaşan, Səudiyyə Ərəbistanını 2:0 hesabıyla yenən, yarımfinalda B qrupunun lideri Əlcəzairə də 2 cavabsız qolla qalib gələn Azərbaycan turnirin sürpriz komandasını yenməyibacarıb.

Oyun yığmamızın 2:1 hesablı qələbəsi ilə yekunlaşıb. Komandamızın qollarına 17-28-ci dəqiqədə Mahir Mədətov imza atıb. Oman yığması 56-cı dəqiqədə Əl Yahyaeinin təsəlli qoluna sevinib.

Qeyd edək ki, 3-cü yer uğrunda Kamerun və Əlcəzair yığmaları mübarizə aparıb. Bu gün 14.00-da başlayan görüşdə 2:0 hesablı qələbəyə sevinən ərəblər bürünc medallara sahib çıxıb.

IV İslam Həmrəyliyi Oyunları

Futbol

Final

Azərbaycan - Oman 2:1

Qollar: Mahir Mədətov, 17; 28 - Əl Yahyaei, 56.

Azərbaycan: 1. Şahruddin Məhəmmədəliyev, 5. Sadiq Quliyev, 6. Rəşad Sadiqov, 7. Coşqun Diniyev, 8. Elşən Abdullayev, 9. Ağabala Ramazanov, 11. Mahir Mədətov, 15. Ruslan Abışov (k), 16. Elvin Camalov, 19 Məqsəd İsayev, 20. Azər Salahlı.

Ehtiyat oyunçular: 12. Tərlan Əhmədli, 22. Emil Balayev, 2. Rahil Məmmədov, 3. Azad Kərimov, 4. Adil Nağıyev, 10. Orxan Əliyev, 13. Elnur Cəfərov, 14. Yusif Nəbiyev, 17. Mirabdulla Abbasov, 18. Tellur Mütəllimov, 21. Vüqar Mustafayev, 23. Fəhmin Muradbəyli.

Baş məşqçi: Yaşar Vahabzadə.

Tofiq Bəhramov adına Respublika Stadionu

Fanat.Az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər