"Futbol məhv olacaq!" - Postekoğlu özündən çıxdı

"Futbol məhv olacaq!" - Postekoğlu özündən çıxdı

"Tottenhem"in baş məşqçisi Angelos Postekoğlu yaxın vaxtlarda futbolda göy bərəqənin tətbiq edilə biləcəyi ilə bağlı yayılan məlumatlara münasibət bildirib.

Fanat.Az xəbər verir ki, yunan əsilli avstraliyalının dediklərini "The Sun" belə çatdırıb:

"Komandalardan biri on kişi ilə on dəqiqə oynasa, bilirsən, futbolun başına nə gələcək? O, məhv olacaq!

Belədə, komandalar sadəcə olaraq, öz oyunçusunun meydançaya qayıtmasını gözləyərək vaxt aparmağa çalışacaqlar. Fərqli rəngdə vərəqənin nəyisə müsbət yöndə dəyişəcəyinə inanmıram. Bir həll yolu var: sarı vərəqə göstər və ya oyunçunu dərhal meydandan kənarlaşdır. Bütün bunlar artıq qaydalarda əksini tapıb.

Digər idman növlərində oyunu sürətləndirmək üçün yeni qaydalar təqdim etməyə çalışırlar, amma nədənsə biz başqa yolla gedirik, başa düşmürəm".

Qeyd edək ki, hakimlərin göy vərəqədən istifadəsinə icazə verilsə, meydanda bu cəza ilə üzləşən futbolçu 10 dəqiqə müddətinə meydanı tərk edəcək. 

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər