Türkiyənin həvəskarlar liqasının oyununda ilginc etiraz aksiyası baş tutub. Fanat.Az xəbər verir ki, "Küçükpazarspor" - "Yıldıztabyaspor" matçında birincilərin futbolçuları futbol meydanlarında görməy alışmadığımız aksiya keçirib.
Ötən həftə "Kanaryaspor"la səfər matçında təzyiqlərlə üzləşən "Küçükpazarspor"lu futbolçular dünən oynadıqları "Yıldıztabyaspor" matçına etiraz əlaməti olaraq 9 nəfərlə çıxıblar. Federasiyanın "Kanaryaspor"a cəza verməməsinə etiraz edən komanda oyundan əvvəl TFF-yə ünvanlanmış pankrat açıblar.
Meydana 9 nəfərlə çıxan "Küçükpazarspor" bununla kifayətlənməyib. Belə ki, onlar bir-bir zədələnərək meydanı tərk edib. Sonda komandanın 6 oyunçusu qalıb ki, bu səbəbdən hakim matçı dayandırıb və "Küçükpazarspor"u məğlub elan edib.
Bu səbəbdən "Küçükpazarspor" çempionatı ikinci pillədə başa vurub. Rəqibləri "Yıldıztabyaspor" isə çempion olub.

Fanat.Az